Ana səhifə
15 Oktyabr 2018

Bu dəfə xəbər saytlarının dili yoxlanılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu gələn ilin yanvar ayından ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayacaq.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu trendə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinq zamanı saytlarda 3 ay ərzində yerləşdirliən materiallar araşdırılacaq. Monitorinq sonrakı mərhələdə digər təyinatlı saytlar üzərində davam etdiriləcək.

Q.Məhərrəmli deyib ki, hazırda Bakı şəhərinin Nəsimi, Səbail və Nərimanov rayonlarında, Şamaxı və Bərdə şəhərlərində küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır. Monitorinqin ilk mərhələsi gələn il yanvarın ortalarında yekunlaşacaq. Mart ayına qədər isə monitorinq tam yekunlaşacaq: “Biz ilk mərhələdə küçə reklamlarında və adlarında, afişalarda, ünvan göstəricilərində Azərbaycan dilinin tətbiqi ilə bağlı mənzərəni müəyyən edəcəyik. Yekun nəticələr olmasa da, deyə bilərəm ki, vəziyyət ürəkaçan deyil. Digər dillərlə, məsələn, rus və ingilis dilləri müqayisədə Azərbaycan dilinin mövqeyi çox əldən verilib. Bu, təəssüf doğurur”.

Şöbə müdiri qeyd edib ki, hazırda dərman preparatları və xaricdən idxal olunan məhsulların üzərindəki yazılar, telekanallarda xəbər proqramlarının dili ilə bağlı monitorinqlər də aparılır.

 

Tarix
28 Noyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin