Ana səhifə
26 Fevral 2018

Şimali Koreya bütün koreyalılara müraciət etdi

Şimali Koreya hökuməti bütün koreyalılara müraciət ünvanlayıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, müraciətdə Pxenyanla Cənub arasındakı hərbi gərginliyin azaldılmasına çağırış edilib.
 

Məlumatda bildirilir ki, Koreya xalqının birləşdirilməsi ən vacib məsələdir. Bununla yanaşı, qeyd edilir ki, Şimali Koreya və Cənubi Koreya ölkələrin birləşdirilməsi barədə müstəqil qərar qəbul etməlidirlər. Üçüncü tərəfin bu məsələyə daxil olması yolverilməzdir.
 

Şimali Koreya hökuməti nüvə və raket proqramı ilə bağlı tənqidləri azaltmaq lazım olduğunu bildirir. Bu proqramlar Şimal və Cənub arasında münasibətləri bərpa etməyə mane olmur.
 

Bununla yanaşı, Koreya xalqı ABŞ-a qarşı mübarizəyə çağırılır. ABŞ nüvə müharibəsini qızışdıran tərəfdir.
 

Şimali Koreya eyni zamanda Cənubla humanitar və siyasi əlaqələri bərpa etməyi təklif edir. Siyasi partiyalar arasında da əlaqələrin möhkəmləndirilməsi vacibdir.

Tarix
25 Yanvar 2018 [21:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ