Ana səhifə
18 Sentyabr 2018

Nazirlikdən partlayışla bağlı açıqlama

Daxili İşlər Nazirliyi Biləcəri qəsəbəsində marketdə baş verən partlayışla bağlı məlumat yayıb.

 

Ucnoqta.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəymiş, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

Tarix
9 Oktyabr 2014 [13:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin