Ana səhifə
21 Avqust 2018

Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Qətər Əmiri ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı öz dəstəyini ifadə edib.
 

Al Tani qeyd edib ki, Qətər Türkiyənin terror təşkilatlarına qarşı mübarizə üzrə bütün səylərini dəstəkləyir: "Türkiyənin öz təhlükəsizliyini təmin etməyə tam haqqı var".
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tarix
25 Yanvar 2018 [20:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin