UEFA Millətlər Liqasının tam təqvimi açıqlanıb

10:12 - 25 Yanvar 2018 - İDMAN

UEFA Millətlər Liqasının qrup mərhələsinin tam təqvimi təsdiqlənib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, Avropa saatı ilə açıqlanan oyun saatları müxtəlif vaxtlara təsadüf edəcək.

Azərbaycan millisinin ilk oyunu sentyabrın 7-də Kosovoya qarşı olacaq. Görüş Avropa vaxtı ilə saat 18:00-da başlanacaq. Həmin vaxt Azərbaycanla Avropa arasındakı saat fərqi 2-yə enəcəyindən, bu, start fitinin saat 20:00-da çalınacağı deməkdir. Oktyabrın 14-də Malta ilə ev oyunu da eyni saatda başlanacaq. Lakin Qurban Qurbanovun baş məşqçi olduğu komanda noyabrın 17-də Farer adalarını Bakı vaxtı ilə saat 21:00-da qəbul edəcək. Hər 3 rəqiblə səfər matçları isə Avropa vaxtı ilə saat 20:45-də başlanacaq.

Millətlər Liqasının tam təqvimi:


Xəbər xətti