Ana səhifə
22 Fevral 2018

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiya siyahısına KXDR-nin hərbi sənaye departamentinin işçi partiyasının rəhbər müavininin və KXDR-nin mərkəzi komitəsi nəzdində işçi partiyası departamentinin sədrinin birinci müavininin adları əlavə olunub.
 

“Sanksiya siyahısına 16 fiziki və 9 hüquqi şəxsin adı əlavə edilib. “Qara siyahı”ya həmçinin KXDR-ə məxsus 6 gəmi, bir sıra Çinə məxsus struktur və Şimali Koreyanın Neft Sənayesi Nazirliyi salınıb”, - deyə məlumatda bildirilib.
 

Qeyd edək ki, ABŞ yeni sanksiyalar tətbiq edib. Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Verilən xəbərlərə görə, sanksiya tətbiq edilən şəxslərin, ölkələrin və şirkətlərin siyahısı hazırlanıb. Siyahıya, əsasən, Şimali Koreya ilə əlaqəli şəxslər salınıb.

Tarix
25 Yanvar 2018 [19:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ