Elxan Məmmədov: "Bizi maraqlı yarış gözləyir"

16:52 - 24 Yanvar 2018 - İDMAN

 "Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq". 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü qurumun rəsmi saytına dəyərləndirərkən deyib.

Baş katib bildirib ki, kənardan Malta, Farer adaları və Kosovonun aşağı reytinqli komandalar olduğu görünür:

"Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir. Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”. 

Xəbər xətti