Azərbaycan millisinin rəqibləri müəyyənləşib - YENİLƏNİB

15:26 - 24 Yanvar 2018 - İDMAN

 İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında 3-cü qrupa düşüb. Rəqiblər isə Farer adaları, Malta və Kosovodur.  

D Liqası 

1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra 

2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,

3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo

4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq 

Xəbər xətti