"Zirə" Macarıstan klubu ilə qarşılaşacaq

15:04 - 24 Yanvar 2018 - İDMAN

“Zirə” klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi sonuncu rəqibin adı müəyyənləşib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi fevralın 3-də Macarıstanın “Xaladaş” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Zirə” yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, 30-da isə Rusiyanın I divizionunda mübarizə aparan “Avanqard”la qüvvəsini sınayacaq.

Xəbər xətti