Ana səhifə
22 Avqust 2018

İranlı general Səfəvi: "YPG qruplaşması Afrini işğal edib"

İranın ali ruhani lideri ayətullah Əli Xomeneinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Türkiyənin Afrin əməliyyatına münasibət bildirib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Səfəvi, YPG qruplaşmasnın Suriyanın suverenliyini pozaraq Aralıq dənizinə çıxış əldə etmək üçün Afrini işğal etdiyini bildirib.
 

"Zeytin Dalı" əməliyyatı ilə bağlı sualları cavablandıran general Səfəvi deyib: "ABŞ yeni ildə əsas strategiyasının "regiondakı münaqişə bölgələrini qorumaq-olduğunu bildirib. ABŞ 30 min nəfərlik yeni bir güc yaradaraq Türkiyənin cənubu ilə İraqdakı kürdlər üçün muxtar bir bölgə qurmaq istəyir. Digər tərəfdən kürdlər bunun daimi olması üçün Aralıq Dənizinə çıxış əldə etmək lazım olduğunu bilirlər və bu səbəbdən Afrini işğal etdilər. Kürdlərin bu həmləsi Suriyanın suverenliyini pozmaqdır. Bizə görə Türkiyə və  ABŞ-ın Suriya torpaqlarında olması da hüquqa ziddir. Suriya ordusu və dövləti buna icazə verməyəcək".

Tarix
24 Yanvar 2018 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin