Rusiya DİN-i Ülviyyə Şamilqızının ölməsi barədə məlumat yayıb - Foto

14:25 - 24 Yanvar 2018 - Xəbər

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində  30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.
 
Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
 
Qeyd edək ki, hadisədə ölən Ü. Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.


Xəbər xətti