Ana səhifə
13 Noyabr 2018

Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır - HARA və NƏ VAXT?

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".
 

Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tarix
25 Yanvar 2018 [01:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin