“ABŞ Putini devirmək istəyir” - Davosda qalmaqallı ÇIXIŞ

13:54 - 24 Yanvar 2018 - DÜNYA

"ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı adi ticarət müharibəsi deyil, böyük iqtisadi müharibə aparır. Bu müharibənin məqsədi ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır”.

 
"Ucnoqta.az" Modern.az-a  istinadən xəbər verir ki, bu barədə ölkənin ən böyük banklarından sayılan VTB-nin sədri Andrey Kostin Davos İqtisadi Forumunda çıxışı zamanı danışıb.
 

“Düşünürəm ki, Qərbin məqsədi məhz budur. Sanksiyalar vasitəsilə narazılıq yaradaraq, rusların hökuməti, prezidenti onlara daha uyğun şəxsə dəyişməsini istəyirlər”.

 
Kostinin fikrincə, bu iqtisadi sanksiyalar müharibə elan olunmasına bənzəyir və Avropada müharibə riskini artırır. Kostin onu da bildirib ki,  Rusiyanın ABŞ-dakı səfiri geri çağırılmalıdır.   
 

Xəbər xətti