Bakıda sürücü avtobusu təkəri yana-yana idarə etdi- Video

12:31 - 24 Yanvar 2018 - Xəbər

Avtobusun təkəri yandığı üçün salonu tüstü bürüsə də, sürücü hərəkəti davam etdirib

Bakıda ictimai nəqliyyatda daha bir biabırçı hadisə baş verib. Belə ki, avtobus sürücüsü məsuliyyətsizlik edərək sərnişinlərin həyatını təhlükəyə atıb. Ucnoqta.az xəbər verir ki, oxuculardan birinin Avtosfer.az-a göndərdiyi videodan məlum olur ki, hadisə yanvarın 21-də, saat 10.20 radələrində 32 nömrəli avtobusda baş verib. “Neftçilər” metrostansiyasının yanından NZS qəsəbəsinə gedən avtobusun arxa sol təkəri qəflətən yanaraq tüstüləməyə başlayıb. İçərini tüstü bürüsə də, sürücü avtobusu dayandırmadan hərəkəti davam etdirib.

 

Xəbər xətti