Azərbaycanda 11 minə yaxın şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

11:22 - 24 Yanvar 2018 - Xəbər

Ötən il Azərbaycanda 11 minə yaxın şəxsin sürücülük hüququ məhdudlaşdırılıb.
 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
 

R.Zeynalov qeyd edib ki, qayda pozuntularına görə 10 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb:
 

"Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb".

Xəbər xətti