Ana səhifə
24 Sentyabr 2018

Məşhurların avtomobil ehtirası - FOTOLAR

Avtomobil ulduzların statusunu təsdiqləyən vasitələrdən biridir. Sirr deyil ki, Elvis Presli amerikanlıların fikirlərində az qala milli rəmzə çevrilən çəhrayı "Kadillak"la əbədiləşib. Vladimir Vısotskinin mavi "Mersedes"i 70-cı illərdə Moskvanın əsl əfsanəsinə çevrilmişdi. Deyilənlərə görə, təkcə Brejnevdə bu avtomobildən olub.Məşhur aktrisa Merilin Monro avtomobili yüksək sürətlə idarə etdiyi üçün 1954-cü və 1955-ci illərdə cərimə edilib. Hakim ona "Siz maşın idarə etməyinizə görə "Oskar" ala bilməzsiniz" deyib.
 
Bu gün də ulduzların avtomobili onların xarakterləri haqqında çox şey deyir. Yəqin razılaşarsınız ki, Paris Hiltonun çəhrayı "Bentley" sürməsi məntiqlidir.

Culiya Roberts, Bredli Kuper və Leonardo Di Kaprio uzun illər "Toyoto Prius" markalı maşın sürüblər. Çünki bu maşın  ətraf mühiti çirklətməyən avtomobillərin siyahısına liderlik edir.

Kim Kardaşyan isə "Ferrari F430", "Ferrari 458 Italia" və "Bentley Continental GTC" arasında seçim edə bilmdəiyi üçün üçünü də birdən alıb.

Hamı müğənni Flip Kirkorovun içərisində divan-çarpayı olan 13 metr uzunluğundakı, xüsusi sifarişlə hazırlanan "Hummer" markalı avtomobilini yaxşı xatırlayır. Bu gün müğənni daha sadə varianta üstünlük verib: "BMW", Mercedes", "Porsche Cayenne".

Ucnoqta.az Tabloid.az-a istinadən məşhurların avtomobillərinin fotolarını təqdim edir:

 

Tarix
28 Noyabr 2014 [22:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin