Ana səhifə
24 May 2018

Nazir: "Zeytun budağı" YPG və PYD terrorçularının sonunun başlanğıcı olacaq

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında aparılan "Zeytun budağı" əməliyyatı YPG və PYD terror təşkilatlarının sonunun başlanğıcı olacaq.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.
 

Nazir bildirib ki, bu hərbi əməliyyat kürd xalqına qarşı deyil, bütün region üçün təhdid olan terrorçuların əleyhinə yönəlib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tarix
24 Yanvar 2018 [10:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin