Ana səhifə
21 Oktyabr 2018

"Hiss etdim ki, Qurban Qurbanov müqaviləmin uzadılmasını istəmir" Dino Ndlovu

 Çinin "Hançjou Qrintaun" futbol klubunun yeni transferi Dino Ndlovu "Qarabağ" komandasından ayrılma səbəbini açıqlayıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, 28 yaşlı hücumçu "kickoff.com"a müsahibəsində ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib.

Ndlovu bu addımı ailəsi və özünün gələcəyi üçün addımını vurğulayıb. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib: "Mən "Qarabağ"ı tərk etmək istəmirdim. Amma müqaviləm başa çatırdı. Baş məşqçimizlə (Qurban Qurbanovla - red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım".

Cənubi afrikalı forvard "Hançjou Qrintaun"dakı hədələri və hazırkı durumundan da danışıb: "Hələlik Çində vəziyyətim yaxşıdır. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. Mən "Qarabağ"dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam".

Qeyd edək ki, Dino Ndlovu "Hançjou Qrintaun" klubu ilə yanvarın 20-də müqavilə bağlayıb. 

Tarix
24 Yanvar 2018 [09:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin