Ərdoğanla Tramp görüşəcək — Razılıq əldə olundu

09:44 - 24 Yanvar 2018 - DÜNYA

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşüb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Verilən məlumata görə, görüş zamanı iki ölkə bölgədəki vəziyyətlə bağlı müzakirə aparıb. Söhbət əsnasında kimyəvi silahdan istifadə etməmək və digər məsələlər, eləcə də terrorla mübarizə müzakirə edilib.
 

Danışıq əsnasında Mövlud Çavuşoğlu ABŞ-dan YPG kürd terrorçularına dəstək verməməyi xahiş edib: “Əgər ABŞ Türkiyəni özünə müttəfiq sayırsa, onun istəklərini nəzərə almalıdır. Amerika terrorçulara yardımı dayandırmalıdır. Əgər Suriyada birgə əməkdaşlığı davam etdirmək istəyirsinizsə, terrorçulara yardımı dayandırın”.

 

Danışıq ərəfəsində iki ölkə liderinin çarşənbə günü görüşəcəkləri barədə razılıq əldə olunub. 

Xəbər xətti