Ana səhifə
17 Dekabr 2018

Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə təklif olunur.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir”.
 
Layihədə o da bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.
 
Layihə fevralın 1-də keçiriləcək MM-in plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
23 Yanvar 2018 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin