Milli Məclisin İntizam komissiyasının yeni tərkibi — SİYAHI

16:36 - 23 Yanvar 2018 - Xəbər

Azərbaycan Milli Məclisinin İntizam komissiyasının yeni tərkibi məlum olub.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, İntizam komissiyasının yeni tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Parlamentin Hesablayıcı komissiyasının tərkibi də yenidən formalaşdırılacaq. Komissiyanın tərkibinə deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilir.

İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyəcək.

Layihələr Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacaq, komissiyaların yeni tərkiblərinin təsdiqlənəcəyi gözlənilir.

Xəbər xətti