“Bakı qəbiristanlıqlarının çoxunda təmizlik aparan şəxslər yoxdur”

16:33 - 23 Yanvar 2018 - Xəbər

İlqar Hüseynli: “İnsanlar yalnız özlərinin dünyadan köçmüş  yaxın insanlarının dəfn olunduğu yeri təmizləyir, abadlaşdırırlar”
Sabir Hüseynov: “Biz qəbiristanlıqlarda ara yolların təmizliyinə nəzarət edirik, qəbirlərin üstünün və ətrafının təmizlənməsi isə bizə aid deyil”

“Bizim kəndin qəbiristanlığına Mahir adlı kənd sakini nəzarət edir. Evi qəbiristanlığa yaxın olduğu üçün hər mövsümdə qəbiristanlığı otlardan, zibillərdən təmizləyir. Gündüzlər vaxtı olduqca gedib baş da çəkir, nəzarət edir. Düzdür, burdan heç bir maaş almır. Biz də ona imkan daxilində, gücümüz çatan qədər köməklik göstəririk. Bəzən 10-15 manat veririk. Amma rəhmətə gedən yaxınlarımızın qəbirlərinin üzərini və ətrafını özümüz təmizləyirık.” – bu sözləri bizimlə söhbətində Bərdə rayonu Muğanlı kənd sakini Asim Əhmədov bildirdi.   

Bölgələrdəki qəbiristanlıqlarda təmizliyə ciddi yanaşılsa da, nədənsə Bakıda fərqli münasibət özünü göstərir. Baxımsızlıqdan qəbiristanlıqlarda ot və kollar o qədər böyüyür ki, qəbirlərin üstü görünməz hala düşür. Bəzən isə adamlar ayrı-ayrılıqda yaxınlarının qəbirlərinin üstünün və ətrafının təmizliyinə  nəzarət edirlər. Təmizliklə yanaşı bəzən baş daşlarının oğurlanması, sındırılması halları da olur. Bəs görəsən, qəbiristanlıqların təmizliyinə və digər məsələlərə nəzarət mexanizmi necə tənzimlənməlidir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu məsələ dəfələrlə gündəmə gətirilir, müzakirələrə çıxarılır: “Ümumiyyətlə, vətəndaşlarımızda təriqətçiliyə meyil olduğuna görə, insanlar yalnız özlərinin dünyadan köçmüş  yaxın insanlarının dəfn olunduğu yeri təmizləyir, abadlaşdırırlar. Digər ərazilər isə insanların diqqətindən kənarda qalır. Bu psixoloji olaraq hər yerdə belədir. Amma əslində baxanda qəbiristanlıq insanların mənəvi dəyər daşıdığı yerdir. Burda hökumət tərəfindən müəyyən konkret addımları atılmalı, nəzarət mexanizmi işə salınmalıdır. Biz ekspertlər Azərbaycan Parlamentinə də model təklif edib səsləndirmişik. Hət¬ta Mil¬li Məc¬lis¬də “Qə¬bi¬ris¬tan¬lıq və dəfn xid¬mət¬lə¬ri¬nin təş¬ki¬li” ilə bağ¬lı mə¬sə¬lə mü¬za¬ki¬rə¬yə çı¬xa¬rı¬lıb.  Eyni zamanda müvafiq qurumlara bu barədə fikirlərimizi demişik”. 

Ekspertin fikrincə əgər nümunə olaraq Türkiyə modeli seçilsə bu ən uğurlu modeldir: “Orda ümumiyyətlə, məzarlıqlara nəzarət, dəfn mərasimlərinin təşkili və qəbiristanlıqlarda insanların dəfn olunmasına doğru planlaşma məsələlərinə bələdiyyələr nəzarət edir. Yəni, bütün bunlar bələdiyyələrin sərəncamında olan bir məsələdir. Bələdiyyələrin xüsusi nəqliyyat vasitələri var və onlar dəfn mərasimlərini təşkil edirlər. Vətəndaşlar bələdiyyələrə çox cüzi miqdarda pul ödəyirlər. Hətta, qəbir daşlarının, xatirə komplekslərinin düzəldilməsini də standart ölçüdə, standart meyarlarla təşkil edirlər. Və eyni zamanda bələdiyyələr qəbiristanlıqların abadlaşdırılması, təmizlənməsi ilə vaxtaşırı məşğul olurlar”. 

İ.Hüseynli əlavə etdi ki, biz Azərbaycanda Türkiyə modelinin tətbiq olunmasının təklif etmişik: “Əgər bu həyata keçirilərsə çox yaxşı olar. Qəbiristanlıqlar ya Bakı şəhər İcra Hakimiyyətinin rayonlarında bununla bağlı müvafiq qurumların tabeliyinə verilməlidir. Yaxud da birbaşa  olaraq bələdiyyələrin səlahiyyətlərinə verilməli və onlara müvafiq büdcə ayrılmalıdır. Bi¬lir¬si¬niz ki, bu qu¬rum və¬tən¬daş¬lar¬dan həm mül¬kiy¬yə¬tə gö¬rə də, həm də tor¬paq ver¬gi¬lə¬ri top¬la¬yır. Bu ver¬gi¬lər¬dən əl¬də et¬dik¬lə¬ri gə¬lir¬lə¬rin çox az bir his¬sə¬si¬ni möv¬sü¬mi ola¬raq il¬də iki də¬fə qə¬bi¬ris¬tan¬lıq¬la¬rın tə¬miz¬lən¬mə¬si¬nə, sosial abadlığının təşkil olunmasına və bu kimi tədbirlərin həyata keçirilməsinə yö¬nəlt¬sə¬lər, on¬da bu prob¬lem öz həl¬li¬ni tap¬mış olar. Ey¬ni za¬man¬da, bə¬lə¬diy¬yə¬lə¬rin əha¬li¬dən top¬la¬dı¬ğı və¬sa¬it¬lər he¬sa¬bı¬na qə¬bi¬ris¬tan¬lıq¬la¬ra da bax¬maq, ora¬nı tə¬miz sax¬la¬maq müm¬kün¬dür. Bu mə¬sə¬lə¬də si¬zin¬lə həm¬rə¬yik və bi¬rin¬ci yox, bəl¬kə də yü¬zün¬cü də¬fə¬dir bu mə¬sə¬lə¬nin müzakirəsini aparırıq. Dəfn mə¬sə¬lə¬lə¬ri¬nin təş¬ki¬linin bə¬lə¬diy¬yə¬lə¬rin sə¬la¬hiy¬yə¬ti¬nə ve¬ril¬məsini is¬tə¬yi¬rik.  Əgər bunu müvafiq bir orqanın səlahiyyətinə verməsək, sözsüz ki, bu problem elə problem olaraq da qalacaq”.

İlahiyyatçı Elşad Miri bildirdi ki, Peyğəmbərimizin hədislərində təmizliyin imanın yarısı olduğu qeyd edilir: “Əgər imanın yarısı təmizlikdirsə, biz evdə, işdə, ətrafda, qəbiristanlıqlara belə bu təmizliyə fikir verməliyik. Əvvəllər insanlar özləri məzarların və onların ətrafının təmizliyinə diqqət ayırırdılar. Yaxud, insanlar öz ciblərindən müəyyən məbləğdə pul verərək vaxtaşırı qəbiristanlıqların təmizliyinə nəzarət edəcək bir şəxs təyin edirdilər. Bu gün Bakı qəbiristanlıqlarının çoxunda təmizlik aparan şəxslər yoxdur. Günün müəyyən hissəsində mollalar orda olur ki, onlar da pul qazanmaq üçün yaxınlarına Quran oxutduracaq şəxsləri gözləyirlər”.

E.Miri onu da bildirdi ki, qəbiristanlıqların təmizliyinə bir çox ölkələrdə bələdiyyələr nəzarət edir: “Azərbaycanda bələdiyyə institutu tam formalaşmadığı üçün, yaxud insanların bu məsələdə inamı olmadığına və konkret olaraq Bakı şəhəri üzrə bələdiyyə anlayışı olmadığına görə bu problemlər yaşanır. Bələdiyyə və qəbiristanlıqlarla bağlı məsələ Milli Məclisdə gündəmə gətirilsə, bununla bağlı nəsə müsbət nəticə əldə etmək olar”.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Hüseynov bildirdi ki, Bakı şəhərindəki qəbiristanlıqlardan 32-si onların  nəzarətindədir: “Biz qəbiristanlıqlarda ara yolların təmizliyinə nəzarət edirik, qəbirlərin üstünün və ətrafının təmizlənməsi isə bizə aid deyil. Qəbirlərin təmizlənməsinə birbaşa vətəndaş özü cavabdehdir. Vətəndaşlara deyirik ki, qəbirin üstündə nə zibil varsa, gətirin ara yola qoyun, biz də götürək. Qəbiristanlıqların çoxu hasarsızdır deyə buna nəzarət etmək çətindir. Bizdə nəzarət axşam saat 5-6-ya qədər olur. Nə hadisə olursa, əsasən gecə saatlarında baş verir. 8-ci kilometr qəbiristanlığının 64 giriş qapısı var. Buna da nəzarət etmək çox çətin bir məsələdir”. 


Könül Əhmədova

Xəbər xətti