Şimali Koreyadan Cənubi Koreyaya tələb: "Üzr istəyin"

01:45 - 24 Yanvar 2018 - DÜNYA

Dünən Cənubi Koreyanın Seul şəhərində Şimali Koreyanın bayrağı və Kim Çen İnin portreti yandırılıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Şimali Koreya cənublulardan hökumət səviyyəsində üzr istəməyi tələb edib. Bu barədə Şimali Koreyanın Moskvadakı səfirliyi məlumat verib.
 

Məlumatda deyilir: "Cənubi Koreya hökuməti siyasi təxribatları səbəbindən üzr istəməli, cinyətkarları cəzalandırmalı, növbəti dəfələrdə belə halların baş verməməsi üçün tədbirlər görməlidir.

 

Xalqımıza qarşı bu hərəkət yolverilməzdir. Biz iki dövlət arasında münasibətlərə önəm veririk. Amma fanatların lazımsız hərəkətlərinə də göz yuma bilmərik".

Xəbər xətti