Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası yaradıldı

01:20 - 24 Yanvar 2018 - Xəbər

Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası yaradılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli bu informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatında çıxışı zamanı bildirib.
 

İ.Həbibbəyli qeyd edib ki, bazanın yaradılması dilçilik sahəsi üçün aktualdır.
 

AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu saytdan istifadə edərək Azərbaycan dilinin tarixi, aktual məsələləri, problemləri barədə məlumat almaq olar.

Xəbər xətti