Ana səhifə
17 Avqust 2018

“Qarabağ”dan ayrılmaq fikrim yoxdur” – Qurban Qurbanov

“Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov “Qarabağ”dan ayrılmaq fikrində deyil. Qol.az-ın xəbərinə görə, bu haqda o, “Region Plus” jurnalına verdiyi müsahibədə bildirib. Millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılmasının mümkünlüyünə dair səslənən fikirlərə münasibət açıqlayan 46 yaşlı mütəxəssis qeyd edib ki, bu ilin yayına qədər “Qarabağ”la müqaviləsinin müddətini uzadıb:
“Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur” – deyə Q.Qurbanov bildirib.
Tarix
23 Yanvar 2018 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin