Qətər Türkiyəni dəstəklədi

15:29 - 23 Yanvar 2018 - Xəbər

Qətər Türkiyənin Suriyanın Afrin şəhərində başlatdığı hərbi əməliyyatları dəstəkləyib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qətər XİN-nin rəsmi nümayəndəsi açıqlama verib:
 

“Türkiyənin Suriyanın Afrin şəhərində başlatdığı əməliyyat milli təhlükəsizliyin müdafiəsi və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır. Bu səbəbdən də Qətər onu dəstəkləyir”.
 

Qətər rəsmisi bildirib ki, Türkiyə bu yolla Suriya ərazisinin parçalanmasının da qarşısını alır. 

Xəbər xətti