Məşhurlar 4 yaşlı Nəzrin üçün bir araya gəldilər - Fotolar

15:05 - 23 Yanvar 2018 - Xəbər

Müğənni Şəbnəm Tovuzlu "Niel" şadlıq sarayında  xeyriyyə konserti təşkil edib.

"Ucnoqta.az" xəbər verir ki,  Şəbnəm Tovuzlu leykoz xəstəliyindən əziyyət çəkən 4 yaşlı Nəzrin Qocayeva üçün xeyriyyə  tədbiri həyata keçirib. Bu missiyada sənət dostları Şəbnəm Tovuzlunu yalnız buraxmayıblar: 

"Övlada,  insana qarşı çox həssasam. Heç bir valideynin övlada görə acı çəkməsini istəmirəm.  Nəzrinin anası mənə sosial şəbəkədə müraciət etdi və orada paylaşım etməyimi xahiş etdi.  Dedi ki,  Nəzrinin atası yol qəzasında rəhmətə gedib. Qardaş-bacısı yoxdur.  Kasıb bir ailəsi var. Mən də kömək etmək qərarına gəldim. Nəzrinin xəstəliyinə maddi yardım olsa sağala biləcək. Ölkəmizdə belə uşaqlar çoxdur. Dövlətimiz sağ olsun kömək edir.  Bir-iki uşağa bizim də yardımız toxunsa, sevinərəm.  Hər kəs maddi dəstək olsun. Büdcənin 50 faizini  mən təmin edirəm.  Sənət dostlarım da sağ olsunlar mənə dəstək oldular. Bu gün əmin oldum ki, mənə hörmət edirlər. Ən böyük müjdə Nəzrinin sağlamasıdır".  
 

Qeyd edək ki, xeyriyyə tədnirində Manaf Ağayev, Abdul Xalid, Yaşar Yusub, Orxan Babazadə, Vasif Əzimov, Ramal İsrafilov, Rüfət Axundov və  Emil Bədəlov iştirak edib.


Xatırladaq ki,  aşağıdakı bank hesabından Nəzrinə yardım edə bilərsiniz.


“Bank Respublika” ASC Nərimanov filialı
Kod: 508182
VÖEN: 9900001909
M/H: AZ80NABZ01350100000000014944
SWIFT: BRESSAZ22
Alan: Arif Aslanov
İBAN: AZ3BRES00380194400151729301
 
Milli Ön vasitəsi və E-manat ödəmə terminalı vasitəsi ilə banklar bölməsində “Bank Respublika” seçib, hesab nömrəsi: AZ53BRES00380194400151729301
Şəxsiyyət vəsiqəsi: 04057802


Xəbər xətti