Ana səhifə
20 Fevral 2018

BMT: Ötən il 56 sülhməramlı həlak olub

2017-ci ildə 56 nəfər BMT sülhməramlısı zorakılığa məruz qalaraq öldürülüb.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterriş təqdim etdiyi hesabatda qeyd edilib.
 
Hesabatda bildirilir ki, bu rəqəm son 24 ildə rekord göstərici sayılır.
 
A. Quterriş deyib ki, bu tendensiya artmaqda davam edir və onun qarşısını almaq üçün addımlar atmaq lazımdır.
 
Qeyd edək ki, mövcud artım tendensiyasını dəyişmək və sülhməramlılar arasında ölüm hallarının sayını azaltmaq üçün 2017-ci ilin noyabr ayında təşkil olunmuş Komissiyanın nəticələri araşdırılıb və BMT Katibliyi sülhməramlıların müdafiə potensialını artırmaq üçün bir sıra təkliflər hazırlayıb. Planın birinci mərhələsi 2018-ci ilin sonuna qədər başa çatdırılacaq. Bildirilir ki, bura sülhməramlıların təlim metodlarının, eləcə də müharibə zonalarında onlara tibbi yardımın göstərilməsi prosedurunun yenidən nəzərdən keçirilməsi daxildir.

Tarix
23 Yanvar 2018 [23:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ