Sahibkarlara 5000-ci lisenziya verilib

12:51 - 23 Yanvar 2018 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində sayca 5000-ci lisenziya verilib. Sənəd İqtisadiyyat Nazirliyinin və “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə “AMAL+A” MMC-yə təqdim edilib.
 

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “AMAL+A” MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə dövlət başçısına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
İndiyədək verilmiş lisenziyalar əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir. 

Xəbər xətti