Keçmiş məhkum pulemyotla yaxalandı

12:01 - 23 Yanvar 2018 - Xəbər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. 
 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.
 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbər xətti