"Mayon" Filippində 40 min adamı evindən didərgin saldı

22:50 - 23 Yanvar 2018 - DÜNYA

Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, vilayət qubernatoru Albay Alya Frensis Biçaru 40 min sakinin ərazilərdən təxliyə edilyini bildirib.
 

Qubernator eləcə də təhlükə ərazisinə yaxın təhsil müəssisələrində dərslərin dayandırılması, səhiyyə, fövqəladə xidmət və hüquq-mühafizə orqanlarından başqa bütün dövlət strukturlarında işin dayandırılması barədə göstəriş verib.
 

Qeyd edək ki, ötən eücə vulkanın güclü püskürməsi nəticəsində kül və lava qatı 600-700 metr hündürlüyə sovrulub.
 

Hökumət evlərini tərk etmiş sakinləri hələ də geri qayıtmamağ çağırıb.

Xəbər xətti