Növbəti hərrac keçirilib

11:41 - 23 Yanvar 2018 - Xəbər

 Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 23-də növbəti hərracı keçirib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir.

Komitənin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, həmin obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. 

Özəlləşən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 min 500 kv.m-ə yaxındır. 
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m təşkil edir.   
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
 

Xəbər xətti