İndoneziyada zəlzələ - 6,4 bal gücündə

11:35 - 23 Yanvar 2018 - DÜNYA

İndoneziyanın Yava adasında güclü zəlzələ baş verib.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, İndioneziya Meteorologiya, klimatologiya və geofizika idarəsi yeraltı təkanların 6,4 bal gücündə qeydə alınması barədə xəbər yayıb.
 

Məlumata görə, zəlzələ Lebak mahalında yerin 10 kilometr dərinliyində gündüz saatlarında baş vetrib.
 

Güclü zəlzələnin fəsadları və insan tələfatı barədə hələ mlumat daxil olmayıb. Eləcə də sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
 

Daha öncə isə 5,4 bal gücündə zəlzələ başqa bir yerdə - Papua-Yeni Qvineyada baş verib. ABŞ geoloji xidməti zəlzələnin səhər saatlarında 152 kilometr dərinlikdə qeydə alınması barədə xəbər yayıb.

Xəbər xətti