Bakıda torpağa basdırılmış silah tapıldı

11:05 - 23 Yanvar 2018 - Xəbər

Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.
 
"Ucnoqta.az" Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
 
Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.
 
Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.
 

Xəbər xətti