Türkmənistan gəmisi Bakıda təmir olunur

10:53 - 23 Yanvar 2018 - Xəbər

Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi Bakıdakı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmir olunur.
 

"Ucnoqta.az" “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən “Report”a verilən məlumata istinadən bildirir ki, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda, hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, zavodun əsas fəaliyyət istiqaməti Gəmiçiliyə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən, onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.

Xəbər xətti