Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb- Foto

10:16 - 23 Yanvar 2018 - Xəbər

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb

DGK Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan  əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
 Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

  Faktla bağlı araşdırma aparılır.

  
 


Xəbər xətti