Ramil Usubov yol polislərini topladı

10:18 - 23 Yanvar 2018 - Xəbər

Baş Dövlət Yol Polisi İdarəsində 2017-cı il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilir.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edir.
 
Müşavirədə hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məruzə ilə çıxış edəcək.

Xəbər xətti