Ana səhifə
24 Fevral 2018

“Türkiyə heç kimdən icazə almamalıdır” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatı barədə məlumatları açıqlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.
 

“Bu əməliyyatda əsas məqsədimiz milli təhlükəsizliyimizlə bərabər, Suriya xalqının təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyünün qorunmasına kömək etməkdir. İdlib və Afrində sülh və təhlükəsizlik bərpa edildikdən sonra, yüz minlərlə suriyalı qardaşlarımız öz evlərində rahat yaşaya biləcəklər. Region və Türkiyə üçün terror təhdidi aradan qaldırılmayanadək, insanların sülh içində yaşamaları üçün şərait yaradılanadək əməliyyatlarımız davam edəcək. Və Türkiyə bununla bağlı heç kimdən icazə almamalıdır”,-deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Tarix
23 Yanvar 2018 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ