Yaponiyada güclü qar — 70-ə yaxın şəxs xəsarət alıb

19:28 - 23 Yanvar 2018 - DÜNYA

Yaponiyada yağan güclü qar 10-larla insanın xəsarət almasına səbəb olub.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, 67 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Ölkənin əsas meteoroloji agentliyi pis hava şəraitinin sabah da davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
 

Dünən axşamdan yağmağa başlayan qar Yaponiyada yerüstü və dəmir yolunun hərəkətini iflic edib. O cümlədən 337 daxili aviareys təxirə salınıb.

Xəbər xətti