Ana səhifə
19 Noyabr 2018

Milli zərgərlik brendimiz Dubayda

“Resm”in Dubaydakı Beynəlxalq Zərgərlik Həftəsində debütü baş tutub

 

Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr ayında keçiriləcək Beynəlxalq Zərgərlik Həftəsində sərgilənəcək. İstehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçiriləcək.
“Resm”in zərgərlik məmulatları C3-45 nömrəli (“Elegant Avenue”) stendində nümayiş etdiriləcək. Qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edən “Resm”in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Dövrdən asılı olmayaraq, “Resm”in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. “Resm”in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. Bu məmulatları 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.

Tarix
28 Noyabr 2014 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin