Ana səhifə
22 Fevral 2018

Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Talassemiya Mərkəzi publik hüquqi şəxs statusunda Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”da dəyişiklik edib.

Müvafiq olaraq Talassemiya Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibbi mərkəzlər və birliklər bölməsindən çıxarılıb. 
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 13 noyabr 2017-ci il tarixli fərmanı ilə Respublika Talassemiya Mərkəzinin adı dəyişdirilərək Talassemiya Mərkəzi adlandırılıb və publik hüquqi şəxsə çevrilib. Nazirlər Kabinetinin qərarı da bu fərmanın müvafiq qaydada icrası ilə bağlıdır.

Tarix
23 Yanvar 2018 [09:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ