Ana səhifə
13 Noyabr 2018

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb. 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
22 Yanvar 2018 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin