Məşhur futbolçu Türkiyə klubuna transfer olunub

15:11 - 22 Yanvar 2018 - İDMAN

 Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını Türkiyənin "Sivasspor" klubunda davam etdirəcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Super Liqa təmsilçsi 34 yaşlı hücumçu ilə razılıq əldə edib. Robinyo yanvarın 23-də Türkiyəyə gələcək. O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. 

Qeyd edək ki, Braziliya millisinin heyətində keçirdiyi 100 oyunda 28 qol vuran Robinyo karyerası ərzində İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib. "Santos"un yetirməsi olan forvardın sonuncu iş yeri vətənində "Atletiko Mineyro" klubu olub.

Xəbər xətti