Metroda qadınların telefonunu oğurlayan keçmiş məhkum tutulub

13:33 - 22 Yanvar 2018 - Xəbər

Metroda cibgirlik edən şəxs saxlanılıb.
 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.
 

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.
 

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.
 

Aparılan tədbirlərlə onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.
 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti