Əfqanıstanda BMT missiyasına hücum olub

13:26 - 22 Yanvar 2018 - DÜNYA

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlı şəxslər BMT missiyasının əməkdaşlarına hücum ediblər.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hücum nəticəsində bir nəfər həlak olub, bir nəfər silahlılar tərəfindən saxlanılıb.
 

Bildirilir ki, missiyanın tərkibində olan bir qadın qaçırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 

Hücumla bağlı məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Xəbər xətti