Ana səhifə
22 Sentyabr 2018

ŞOK! Azərbaycanlı müğənni qadın alveri ilə məşğuldur

“Bu, sadəcə dəhşətdir”.

Əksəriyyətin “Lider” telekanalında yayımlanan “Ekstra hiss” yarışmasından tanıdığı ekstrasens-baxıcı Lamiyə müsahibə verib.

 

Ucnoqta.az publika.az-da yayımlanan həmin müsahibəni ixtisarla təqdim edir:

 

– Yanınıza sənət adamları gəlir?

 

– Əlbəttə ki. O qədər…

 

– Ən çox nə ilə bağlı müraciət edirlər?

 

– Gəlib deyirlər ki, mən irəli getmək, tanınmaq istəyirəm.

 

– Kömək edə bilirsiniz?

 

– Kömək etmişəm.

 

– Məsələn, kimə kömək etmisiniz?

 

– Ad çəkə bilmərəm. Ad çəksəm, heç kim yanıma gəlməyəcək.

 

– Qadınlar daha çox gəlir, yoxsa kişilər?

 

– Qadın müğənnilər daha çox gəlirlər.

– Şou aləmi ilə bağlı bir sual verəcəyəm. Ad çəkməsəniz də olar.

 

 Elə bir insan varmı ki, çox pis işlərlə məşğuldur, amma camaat onu çox yaxşı insan kimi tanıyır? Hətta insanlar bilsələr, ona nifrət edərlər…

 

– Bəli var, amma bunlar elə şeylərdir ki, deyə bilmərəm.

 

– Bildiklərinizdən ən dəhşətlisi nədir?

 

– Məsələn, bu dəqiqə məşhurlardan biri qadın alveri ilə məşğul olur. Özü də ki, yaşlı nəslin nümayəndəsidir. Bu, sadəcə dəhşətdir.

 

– Müğənnidir?

 

– Əlbəttə… Belələrinin arasında yaşlısı da var, cavanı da. Ekstrasenslərin içərisində də bir nəfər beləsi var. Kişidir. Bu sözü deməyə də qorxmuram, özünə də demişəm.

 

– Kişi müğənnilərdən də beləsi var?

 

– Bəli, kişilərdən də qadın alveri ilə məşğul olanı var.

 

– O da müğənnidir?

 

– Aktyoru da var, müğənnisi də, televiziya işçisi də.

 

Onu da qeyd edək ki, insan alveri ilə mübarizə aparan dövlət orqanlarından bu müsahibə ilə əlaqədar hələlik heç bir açıqlama verilməyib.

 

Tarix
28 Noyabr 2014 [14:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin