Ana səhifə
21 May 2018

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün seminar keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində Almaniyanın Röytlingen şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində və istehsal müəssisələrində tədris və təcrübə keçəcək 27 sahibkar və menecer üçün seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində iqtisadi kooperasiya üzrə ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Tarix
22 Yanvar 2018 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin