Azərbaycanda səhiyyə ilə bağlı beynəlxalq forum keçiriləcək

01:20 - 23 Yanvar 2018 - Xəbər

“Dünyada tibb assosiasiyaları forumları keçirilir. Belə forumlar 1984-cü ildən bu günə qədər təşkil olunur. Forumda əsasən, səhiyyədə qanunvericilik, icbari tibbi sığortanın formalaşdırılması, diplomdan sonrakı təhsil, ailə təbabəti və ilkin tibbi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunur”.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib.

O xatırladıb ki, sonuncu belə forum ötən il İsraildə keçirilib.

R.Mahmudov bildirib ki, Azərbaycandakı müvafiq assosiasiyalar birləşərək həmin foruma müraciət ediblər. Bundan sonra 50 ölkənin səsverməsi ilə növbəti səhiyyə forumunun Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilib: “Beynəlxalq forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək”.

Xəbər xətti