Ana səhifə
20 May 2018

Sumqayıt-Yalama dəmir yolu yaxın 4 ildə təmir ediləcək

 Asiya İnkişaf Bankı (ADB) tərəfindən Azərbaycanda dəmiryolunun İnkişafı Proqramı çərçivəsində ayrılan kredit Sumqayıt-Yalama dəmiryolu xəttinin reabilitasiyası üçün istifadə ediləcək. 

"Ucnoqta.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında ADB-nin Azərbaycan üzrə direktoru Nariman Mannapbekov deyib.

N.Mannapbekov təmir ediləcək yolun 333 km-ə bərabər olacağını qeyd edib: “Paralel iki yoldan ibarət olan dəmiryolu xəttinin (Sumqayıt-Yalama, Yalama-Sumqayıt) hər birinin uzunluğu təxminən 166,5 km, birlikdə isə 333 km-dir. Yalama-Sumqayıt xətti keçmişdə tikilib və 50 il öncə reabilitasiya olunub. Amma bunu Sumqayıt-Bakı dəmiryolu xəttinə aid etmək olmaz. Çünki bu xətt təzəlikcə yenilənib. Yalama-Sumqayıt istiqamətində relslərin amortizasiyası 95%, qatarların sürəti isə 20-30 km/saat təşkil edir”.

Onun sözlərinə görə, stansiyaların sayı 30%-ə qədər azaldılacaq: “Hazırda bu marşrutda 21 stansiya var. Layihə çərçivəsində bu rəqəm 14-16 stansiyaya qədər azaldılacaq. Hansı ki, aradakı məsafənin artırılması sürətin artmasına imkan verəcək. Layihənin həyata keçirilməsindən sonra elektrik təchizatı və siqnalizasiya sistemlərinin paralel bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla da yük qatarlarının sürəti 80 km/saatadək, sərnişin qatarlarının sürəti isə 120-130 km/saatadək olacağı gözlənilir”.


ADB təmsilçisi işlərin 3,5 il ərzində yekunlaşmalı olduğunu qeyd edib: “ADB-in krediti effektivdir. Dəmiryol şirkəti (“Azərbaycan Demir Yolları” QSC) layihənin həyata keçirilməsi üçün lazımi sənədləri hazırlayır. Tezliklə beynəlxalq tender elan ediləcək. Müəyyən edilmiş müddətdə işlərin görülməsinə zəmanət verən uğurlu iddiaçı ilə mülki işlərə dair müqavilə imzalanacaq”.


Xatırladaq ki, qeyd edilən layihə çərçivəsində ADB tərəfindən Azərbaycan üçün ayrılan kreditin həcmi 400 mln. ABŞ dollarıdır. Bu barədə ADB-nin Direktorlar Şurası 2017-ci il dekabrın 1-də qərar qəbul edib. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub.

Tarix
23 Yanvar 2018 [00:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin