Ana səhifə
21 Avqust 2018

Baş nazir: Yaponiya müdafiə gücünü artıracaq

Yaponiya öz təhlükəsizliyini təmin etmək üçün müdafiə gücünü artıracaq.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu ölkə parlamentində çıxış edən Yaponiyanın Baş naziri Sindzo Abe deyib.
 

Şimali Koreyanın raket təhdidindən danışan S.Abe ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində qəbul edilən konkret tədbirləri təqdir edib:

"Regionda təhlükəsizlik baxımından pisləşən vəziyyəti nəzərə alaraq, biz ölkəmizin müdafiə gücünü, o cümlədən "Aegis Ashore" raket əleyhinə müdafiə sisteminin və "Standoff missile" (JASSIM) uzaq mənzilli qanadlı raketlərinin tətbiqi hesabına artıracağıq".
 

Qeyd edək ki, son dövrlərdə Yaponiya ABŞ ilə sıx hərbi əməkdaşlıq əsasında Koreya Xalq Demokratik Respublikasından raket təhdidi ilə əlaqədar olaraq hərbi müdafiəsini gücləndirməyə istiqamətlənib. Şimali Koreya isə təcavüz olacağı təqdirdə ABŞ-ın, o cümlədən Yaponiya ərazisindəki hərbi bazalarına nüvə zərbələri endirəcəyini bəyan edir.

Tarix
22 Yanvar 2018 [23:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin